10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
Pul tələb edən qadın həbs edilib
Tarix: 24-09-2025 10:35 | Bölmə: Digər

İrkutsk vilayətində SVO əsgərlərinin arvadlarından və analarından pul tələb edən yerli sakin həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Müstəntiqlərin fikrincə, qadın onlayn mesajlaşma qruplarında əsgər ailələrini qəsdən axtarıb. Xüsusilə itkin düşmüş əsgərlərin yaxınları ilə maraqlanırdı. Daha sonra o, axtarış təşkil etməyi təklif edib və pulu aldıqdan sonra onların öldüyünü iddia edib.
"Zərərçəkənlərin hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqlarını öyrəndikdən sonra qadın ifadələrini geri götürmələrini tələb edərək onlara psixoloji təzyiq göstərməyə başlayıb", - Volk öz Telegram kanalında yazıb.
Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsin oxşar cinayətlərdə əli olub-olmaması araşdırılır.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər