17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Ot tayası yanğını söndürülərkən iki uşağın cəsədi tapılıb
Tarix: 22-09-2025 09:04 | Bölmə: Digər

Orenburq vilayətində ot tayasında yanğın söndürülərkən 11 və 13 yaşlı iki uşağın cəsədi tapılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının Regional İstintaq Komitəsinin məlumatına görə, ehtiyatsızlıqdan ölümə səbəb olması ilə bağlı cinayət işi açılıb.
Faciə sentyabrın 21-də, bazar günü axşam saatlarında Adamovski rayonunun Anixovka kəndində, Komsomolskaya küçəsindəki fərdi evin həyətində baş verib. Yanğın 25 kvadratmetr ərazini əhatə edib.
"Hadisə yerinə ətraflı baxış keçirilib və müvafiq məhkəmə-tibbi ekspertiza təyin edilib", - agentliyin Telegram kanalında məlumat verilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsindən verilən məlumata görə, yanğının ilkin səbəbi uşağın oyunbazlığı olub.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. İstintaqın gedişinə rayon prokurorluğu nəzarət edir.



Baxış sayı: 380


Bölməyə aid digər xəbərlər