Bütün xəbərlər
Haaqada etirazçılar polis maşınlarını yandırıb, çevik qüvvət polisinə hücum ediblər
Tarix: 20-09-2025 21:01 | Bölmə: Digər

Hollandiyada mühacirlərə qarşı etiraz aksiyaları keçirilir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yerli mediaya görə, nümayişçilərin izdihamı polis maşınlarını yandırır, çevik qüvvət polisinə hücum edir və magistral yolu bağlayır.
Etiraz aksiyası Amsterdamdan avtomobillə təxminən bir saatlıq məsafədə yerləşən Haaqa şəhərində keçirilir. Miqrasiya siyasətindən və mənzil bazarındakı problemlərdən narazı olan bir neçə min etirazçı küçələrə çıxıb. Etirazçılar artıq qaçqınların sayının artırılmasını müdafiə edən Hollandiyanın D66 partiyasının qərargahının pəncərələrini sındırıblar.
Hüquq-mühafizə orqanlarının nümayişçiləri dağıtmaq üçün şırnaq və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər