Bütün xəbərlər
İki qız dərmandan zəhərlənərək reanimasiyaya aparılıb
Tarix: 15-09-2025 11:45 | Bölmə: Digər

Başqırdıstan Respublikasının Səhiyyə naziri Ayrat Raxmatullin Ufada məktəbli qızların dərmandan zəhərlənməsi ilə bağlı iki hadisə barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 14 və 12 yaşlı iki qız uşağı ağır vəziyyətdə valideynləri evdə tapıblar.
"Onlar təcili xəstəxanaya aparılıb və orada reanimasiyaya yerləşdiriliblər", - Raxmatullin Telegram kanalında qeyd edib.
Xəstəxanaya yerləşdirilən səhər saatlarında həkimlər məktəbli qızların vəziyyətini orta ağır kimi qiymətləndiriblər.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər