Bütün xəbərlər
Evdə partlayış baş verən yerdə dağıntıları təmizləyərkən kişi meyiti tapılıb
Tarix: 15-09-2025 09:44 | Bölmə: Digər

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının mətbuat xidməti xəbər verir ki, İrkutsk vilayətinin Anqarsk şəhərində 56 yaşlı kişinin meyiti xilasedicilər tərəfindən dağıntıları təmizləyərkən aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İdarədən verilən son məlumata görə, fövqəladə hadisə nəticəsində 3 nəfər xəsarət alıb, xəsarət alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bazar ertəsi, sentyabrın 15-nə keçən gecə Anqarskın 12-ci mikrorayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində məişət qazı partlayıb.
Binada birinci və ikinci mərtəbələr arasındakı tavan uçub, on mənzilə ziyan dəyib.
Şəhərdə fövqəladə vəziyyət elan edilib, təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər