Bütün xəbərlər
Metroda qıza sataşan şəxs tutulub
Tarix: 11-09-2025 20:53 | Bölmə: Digər

Moskvada məhkəmə metroda qıza sataşan kişini həbs edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin şəhər üzrə Baş İstintaq İdarəsinin bildirdiyinə görə, seksual xarakterli digər əməllər üzrə cinayət işi açılıb.
İstintaqın məlumatına görə, cinayət sentyabrın 7-də Proletarskaya stansiyasında vaqonda baş verib.
Kişi azyaşlının qulağından dişləyib və köynəyini çıxarmağa çalışıb. Qız başına gələnləri valideynlərinə danışıb və onlar polisə müraciət ediblər.
"Təqsirləndirilən şəxs dərhal saxlanılıb. Onunla bağlı zəruri istintaq hərəkətləri aparılıb və ona qarşı ittiham irəli sürülüb", - idarənin Telegram kanalında bildirilib.
İstintaq orqanları həbs-qətimkan tədbirinin seçilməsini xahiş ediblər.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər