Bütün xəbərlər
Tələbə iş yerində betonqarışdıran maşına düşərək ölüb
Tarix: 11-09-2025 13:45 | Bölmə: Digər

Perm diyarında iş yerində betonqarışdıran maşına düşən kollec tələbəsinin ölümünün səbəbləri araşdırılır; Faktla bağlı cinayət işi açılıb, Rusiya Federasiyasının regional İstintaq Komitəsi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, istintaqın məlumatına görə, tələbə Qaraqay Bələdiyyə rayonundakı istehsalat müəssisəsində təcrübə keçib. Sentyabrın 10-da axşam saatlarında o, sexə daxil olaraq stasionar betonqarışdıran maşının şnesinə düşüb.
Yeniyetmə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı əməyin mühafizəsi tələblərinin pozulması, ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.
Bildirilir ki, araşdırma çərçivəsində əməyin mühafizəsi tələblərinə əməl olunmasına görə məsuliyyət daşıyan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər