Bütün xəbərlər
Qaz partlaması nəticəsində ölüb, iki nəfər yaralanıb
Tarix: 26-08-2025 17:57 | Bölmə: Digər

Permdə dəmiryol çənlərini planlı təmirə hazırlayarkən qaz-hava qarışığının partlaması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qəzanın səbəblərini araşdıran regional dövlət əmək müfəttişliyindən məlumat verilib.
Hadisənin avqustun 19-da baş verdiyi, xəsarət alanların dəmir yolu nəqliyyatı ilə bağlı yardımçı fəaliyyətlə məşğul olan “Transtreyd” MMC-nin əməkdaşları olduğu bildirilir.
"Hadisə nəticəsində üç işçi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, onlardan biri daha sonra tibb müəssisəsində dünyasını dəyişib", - müfəttişliyin məlumatında deyilir.
Hadisə şahidləri və işəgötürən dindirilmiş, işçilərin əmək fəaliyyəti ilə bağlı sənədlərin hüquqi təhlili təşkil edilmişdir. Araşdırma zamanı həmin şəxslərin əməyin mühafizəsi təlimi keçmədən işə buraxıldığı, iş yerlərində əmək şəraitinin xüsusi qiymətləndirilməsi aparılmadığı müəyyən edilib.
Törədilmiş qanun pozuntularına görə təqsirkar şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Onların cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilir.



Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər