22:26 / 23-08-2025
Yeniyetmələr saxlanılıb
Bütün xəbərlər
Yüzdən çox insan meşədə itkin düşən səkkiz göbələk toplayanı axtarır
Tarix: 24-08-2025 11:22 | Bölmə: Digər

Kemerovo vilayətinin üç rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər, yerli sakinlər və könüllülər itmiş səkkiz göbələk toplayanı axtarır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Yurqinski rayonunda avqustun 23-də meşəyə girən və bu günə qədər evlərinə qayıtmayan Yasnaya Polyana kəndindən iki kişi və dörd qadını axtarırlar.
"Polis dərhal genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlayıb", - Kuzbass polisindən bildiriblər.
Burada yüzə yaxın insan - müxtəlif xidmətlərin əməkdaşları, yerli sakinlər və könüllülər iştirak edir.
Bundan əlavə, Kuzbass polisi Yaşkinski və Novokuznetsky bələdiyyə rayonlarının ərazilərindəki meşəyə göbələk yığmaq üçün gedən və yoxa çıxan iki nəfərin axtarışını davam etdirir.
Məlumatda qeyd olunur ki, əməliyyat-axtarış tədbirləri Daxili İşlər Nazirliyinin Kemerovo vilayəti üzrə Baş İdarəsinin rəisinin nəzarəti altındadır.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər