Bütün xəbərlər
Qarpız daşıyan yük maşını aşıb
Tarix: 05-08-2025 18:40 | Bölmə: Digər

Moskva vilayətinin Serpuxov şəhəri yaxınlığında onlarla qarpız daşıyan yük maşını aşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, nəticədə giləmeyvə magistralın hər yerinə səpələnib.
Qəza M-2 “Krım” avtomobil yolunda baş verib. Hadisə şahidlərinin sözlərinə görə, sürücü idarəetməni itirərək hasara çırpılıb.
Yük maşını yana yıxılaraq yolun bir hissəsini bağlayıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Bu barədə “Ehtiyatlı ol, Moskva” Telegram kanalı məlumat yayıb. Rəsmi məlumat daxil olmayıb.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər