17:22 / 03-11-2025
Təyyarə təcili eniş edib
Bütün xəbərlər
Naməlum obyekt paraşütlə yerə düşüb
Tarix: 05-08-2025 18:24 | Bölmə: Digər

Başqırdıstanın Çişminski rayonundakı əkin sahəsinə əldəqayırma polietilen paraşütlə naməlum obyekt düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Maş Bataş" Telegram kanalı xəbər verir ki, hadisə şahidləri artıq təcili yardım çağırıb.
Bir sıra yerli ictimaiyyət hadisənin respublikanın Çişminski rayonunun Səfərovo kəndində baş verdiyini yazır.
Naməlum obyekt ağ zolaqlı qara qutuya bənzəyir. Onun səthində "Z" hərfi çəkilmişdir.
“İnfo24” nəşrinin məlumatına görə, artıq hadisə yerində istehkamçılar, hərbçilər, FSB əməkdaşları və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Təcili yardım da çağırılıb. Fövqəladə hadisə yerinə bütün yanaşmalar bağlanıb.
Tapıntının təhlükə olub-olmadığı hələlik məlum deyil.



Baxış sayı: 205


Bölməyə aid digər xəbərlər