Bütün xəbərlər
Səudiyyə Ərəbistanında attraksionun çökmə anı videoya çəkilib
Tarix: 31-07-2025 17:22 | Bölmə: Digər

Səudiyyə Ərəbistanının Taif şəhəri yaxınlığındakı “Green Mountain” əyləncə parkında “360 dərəcə” ekstremal attraksionun istismarı zamanı strukturun mərkəzi dayağı dağılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, attraksionun insanlarla birlikdə çökmə anı videoya çəkilib.
Kadrlarda attraksionun necə yarıya bölündüyü göstərilir.
İlkin məlumatlara görə, insident nəticəsində azı 23 nəfər xəsarət alıb. Üç nəfərin vəziyyəti ağırdır, qalanları isə orta-ağırdır.
Daha əvvəl Yevpatoriyada attraksion dayanıb, 24 nəfər 5-7 metr hündürlükdə “asılıb”, Rusiya Fövqəladə Hallar Nazirliyinin Krım Respublikası üzrə mətbuat xidməti məlumat yayıb.Onların hamısı təxliyə edilib, xəsarət alan olmayıb.



Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər