08:59 / 29-07-2025
Zəlzələ qeydə alınıb
08:50 / 29-07-2025
İki uşaq çayda batıb
Bütün xəbərlər
Boks üzrə keçmiş dünya çempionu Oliveras 47 yaşında insultdan sonra dünyasını dəyişib
Tarix: 29-07-2025 08:52 | Bölmə: Digər

Argentinalı boksçu, bir neçə çempionluq titulunun qalibi Alejandra Oliveras 47 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “La Voz” qəzeti məlumat yayıb.
Keçmiş idmançının iyulun 14-də insult keçirərək xəstəxanaya yerləşdirildiyi bildirilir.
Peşəkar karyerası ərzində Oliveras 33 qələbə qazanıb, üç məğlubiyyət alıb və iki dəfə döyüşləri heç-heçə başa vurub.
O, dörd müxtəlif çəki dərəcəsində çempionluq kəmərlərinin sahibi olub. Onların arasında onun Ümumdünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA) və Ümumdünya Boks Təşkilatının (WBO) versiyaları üzrə keçirilən döyüşlərdə aldığı titullar var.
Bundan əvvəl iyulun 29-da boks üzrə keçmiş dünya çempionu Duayt Məhəmməd Qavinin ölümü ilə bağlı məlumat yayılmışdı.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər