Bütün xəbərlər
Turistə hücum edən ayı güllələnib
Tarix: 22-07-2025 07:58 | Bölmə: Digər

Kamçatkada ovçular Mutnovskaya GeoES ərazisində Saratovdan gələn turistə hücum edən ayını güllələyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iyulun 18-də gecə saatlarında qadın çadırda olarkən ayı ona hücum edib. İstehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən pullu xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb. Məlum olub ki, təhlükəli tur təşkil edən şirkət öz marşrutunu qeydiyyatdan keçirməyib və o, Kamçatka Turizm Sənayesi Assosiasiyasının reyestrinə daxil edilməyib.
"Bu, dörd yaşlı ayı idi, güllələnib", - nazirlik TASS-a izahat verib.
Ayının yaraladığı qadının vəziyyəti ağır olaraq reanimasiyadadır. Qadın şüurludur, danışır və lazımi müalicəni alır.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər