Bütün xəbərlər
Yaşlı kişi yanğın zamanı ölüb
Tarix: 06-07-2025 11:25 | Bölmə: Digər

Bryansk vilayətində yanğın zamanı təqaüdçü ölüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi məlumat yayıb.
Yanğın iyulun 6-na keçən gecə Dyatkovo şəhərində çoxmərtəbəli binanın mənzilində baş verib. Söndürmə zamanı 73 yaşlı kişinin meyiti tapılıb.
İdarənin Telegram kanalı xəbər verir ki, otaqdakı mebel və divarlar yanıb. Hadisənin səbəbləri mütəxəssislər tərəfindən müəyyən edilməlidir.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər