10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Kişi çubuqla naqillərə toxunaraq ölüb
Tarix: 28-06-2025 23:29 | Bölmə: Digər

Kostroma vilayətində bir nəfər balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İstintaq Komitəsi araşdırmaya başlayıb.
Bu barədə məlumat Rusiya Federasiyası İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsinin Telegram kanalında yer alıb. Qeyd olunur ki, hadisə iyunun 28-də Şuvalovo kəndində baş verib. İlkin məlumata görə, 35 yaşlı Kostroma sakini ehtiyatsızlıqdan balıq tutduğu su hövzəsinin yaxınlığından keçən naqillərə toxunub.
Müstəntiqlər hadisə ilə bağlı araşdırmalara başlayıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün lazımi ekspertizalar təyin edilib. Şahidlər və mərhumun yaxınları dindirilir.
İstintaqın nəticələrinə əsasən prosessual qərar veriləcək.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər