Bütün xəbərlər
İşçi liftin şaxtasına düşərək ölüb
Tarix: 27-06-2025 19:56 | Bölmə: Digər

Moskvanın şimalında, 5-ci Magistralnaya küçəsində tikinti sahəsində ölümlə nəticələnən qəza baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü fəhlə liftin şaxtasına düşərək yerindəcə keçinib.
Bu barədə paytaxt prokurorluğu öz Telegram kanalında məlumat yayıb. Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal fövqəladə hadisə yerinə gəliblər. Savelovski rayonlararası prokurorunun müavini Andrey Voznyak işi əlaqələndirir.
Hazırda prokurorluq hadisə ilə bağlı araşdırma aparır. Tikintidə təhlükəsizlik qaydalarına riayət olunmasına, faciənin bütün hallarının aydınlaşdırılmasına xüsusi diqqət yetirilir.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər