Cümə axşamı, 3 iyul 2025, 15:36:13  
Son xəbərlər:
Bütün xəbərlər
Xəstəni daşıyan təcili yardım maşını aşıb
Tarix: 25-06-2025 20:20 | Bölmə: Digər

Moskva vilayətinin Yeqoryevsk şəhərində xəstəni xəstəxanaya aparan təcili yardım maşını aşıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəzada iştirak edənlərdən heç biri tibbi yardıma müraciət etməyib.
Moskva vilayətinin polisinin Teleqram kanalında verdiyi məlumata görə, qəza iyunun 25-də səhər saatlarında Ryazanskaya küçəsində baş verib.
İlkin ehtimala görə, qəzanın səbəbkarı təcili yardıma yol verməyən “Hyundai” markalı krossoverin sürücüsüdür. Toqquşma olub və təcili yardım maşını zərbənin təsirindən aşıb.
Hadisənin baş vermə səbəbləri Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi tərəfindən müəyyən edilir.



Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər