Bütün xəbərlər
“Volkswagen” aşıb ağaca çırpılıb, nəticədə 3 nəfər ölüb
Tarix: 12-06-2025 10:00 | Bölmə: Digər

İyunun 12-nə keçən gecə Nijni Novqorod vilayətinin Qorodets şəhərində 3 nəfərin həyatına son qoyan qəza baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə, Zinyaki - Zarubinnaya - Mogiltsı şossesində "Volkswagen" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, arxa aşıb və ağaca çırpılıb.
"Qəza nəticəsində 2004-cü il təvəllüdlü sürücü və onun 2007-ci il təvəllüdlü iki sərnişini yerindəcə dünyasını dəyişib", - Nijni Novqorod vilayəti polisinin Telegram kanalında verdiyi açıqlamada deyilir.
Hazırda yol polisi əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.



Baxış sayı: 50


Bölməyə aid digər xəbərlər