Bütün xəbərlər
Yeniyetmə avtomobili yandırdığına görə terror aktında ittiham olunur
Tarix: 07-06-2025 12:35 | Bölmə: Digər

Sankt-Peterburqda idarəçilərinin göstərişi ilə avtomobili yandıran yeniyetmə terror aktı törətməkdə ittiham olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, gənc iyunun 5-də Zaxaryevskaya küçəsində park edilmiş avtomobilin kapotuna alışqan maye tökərək yandırdıqdan sonra saxlanılıb.
Müstəntiqlər müəyyən ediblər ki, yeniyetmə bu hərəkətləri etmək əmrini naməlum şəxslərdən messencer vasitəsilə alıb.

İstintaq davam edir.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər