Bütün xəbərlər
Pişik balasını xilas etmək istəyərkən dərəyə yıxılıb
Tarix: 26-05-2025 23:32 | Bölmə: Digər

Kronştadtda pişik balasını xilas etməyə çalışan 12 yaşlı uşaq Makarovski asma körpüsündən dərəyə düşüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Moikada Maş" Telegram kanalının məlumatına görə, uşaq 15 metr hündürlükdən yıxılıb.
“Fontanka” nəşri aydınlaşdırır ki, pişiyə çatmaq istəyən oğlan büdrəyib, hasarın üstündən yıxılıb. Fövqəladə hadisə mayın 25-i axşam saatlarında baş verib.
Uşaq qapalı kəllə-beyin travması, beyin silkələnməsi və omba sınığı alıb. O, xəstəxanaya yerləşdirilib və reanimasiyadadır.
Heyvanın taleyi ilə bağlı heç bir məlumat verilmir.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər