Bütün xəbərlər
Yeniyetmə qazılmış xəndəyə düşərək ölüb
Tarix: 25-05-2025 22:57 | Bölmə: Digər

Novosibirskdə yeniyetmə qazılmış istilik magistralının səngərinə düşərək ölüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi və prokurorluq faciənin təfərrüatlarını açıqlayıb.
İstintaqın məlumatına görə, mayın 15-dən 19-dək şəhərin Dzerjinski rayonunda bir kommersiya təşkilatının işçiləri istilik magistralının təmiri üçün quraşdırma və qazıntı işləri aparıblar.
"Təşkilatın əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyi üçün qoruyucu hasarın çəkilməsi və ya digər hərəkətlər aparılmayıb. Nəticədə 17 yaşlı yeniyetmə səngərə düşərək dünyasını dəyişib", - məlumatda deyilir.
Faktla bağlı İstintaq İdarəsi ehtiyatsızlıqdan insan ölümünə səbəb olan tikinti işləri zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb. Qurumun məsul şəxsləri dindirilir, istilik magistralının təmiri ilə bağlı sənədləşmələr öyrənilir.
İstintaqın gedişi və nəticələri Dzerjinski Rayon Prokurorluğunun nəzarətindədir.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər