Bütün xəbərlər
1,2 min kvadratmetr sahədə yaşayış binası yanır
Tarix: 25-05-2025 18:43 | Bölmə: Digər

Krasnodar diyarının şimalındakı Starominskaya kəndində yaşayış binası yanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi yanğın 1,2 min kvadratmetr ərazini əhatə edib.
Marşal Jukov küçəsindəki evdə 60 nəfər yaşayır. Biri yanğınsöndürənlər tərəfindən xilas edilib, qalanları təxliyə olunub. Ölənlər barədə məlumat yoxdur.
“İlkin olaraq məlum olub ki, 3-cü mərtəbədəki mənzil yanıb və yanğın dərhal binanın çardağına keçib”, - deyə, idarənin Telegram kanalında bildirilib.
Hazırda yanğın lokallaşdırılıb. Hadisə yerində 25 texnikadan istifadə etməklə 73 xilasedici çalışır.
Baş verənlərin səbəbləri mütəxəssislər tərəfindən müəyyən edilməlidir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər