Bütün xəbərlər
İki yeniyetmənin mopeddə ölümü ilə bağlı cinayət işi açılıb
Tarix: 24-05-2025 18:27 | Bölmə: Digər

Mari Eldə mopedlə avtomobilin toqquşması nəticəsində iki yeniyetmə ölüb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb, Rusiya Federasiyasının Respublika üzrə İstintaq Komitəsi məlumat yayıb.
Qəza mayın 23-də axşam saatlarında Mari-Türek rayonunda baş verib. İlkin məlumata görə, 19 yaşlı gəncin idarə etdiyi “VAZ-2115” markalı avtomobil mopedə çırpılıb. İdarədən bildiriblər ki, onun sürücülük vəsiqəsi yoxdur.
Qəza nəticəsində 16 və 17 yaşlı gənc oğlan və qız yerindəcə dünyasını dəyişib.
Sürücü saxlanılıb, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Cinayət işinin istintaqını respublika prokurorluğu öz nəzarətinə götürüb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər