Bütün xəbərlər
Ağacın yanında "rəqs edən" ayı lentə alınıb
Tarix: 24-05-2025 18:20 | Bölmə: Digər

Krasnoyarsk diyarındakı Tunquska qoruğunda ağacın yanında özünəməxsus "rəqs" edən ayı kameralara tuş gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kadrlarda heyvanın əvvəlcə yerdə uzanması, sonra isə arxa ayaqları üstə dayanaraq özünü ritmik şəkildə ağaca sürtməyə başladığı görünür.
Qoruğun mütəxəssisləri izah ediblər ki, bu ağac ərazi uğrunda mübarizəyə başlayan ayılar arasında ən populyardır. Heyvanlar bu cür “rəqsləri” yerinə yetirməklə ağacda öz izlərini qoyur və bu ərazinin artıq işğal altında olduğunu göstərir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər