Bütün xəbərlər
Kazarmada baş verən yanğında iki uşaq xəsarət alıb
Tarix: 24-05-2025 08:30 | Bölmə: Digər

Çelyabinsk vilayətində kazarma tipli evdə gecə baş verən yanğında iki uşaq xəsarət alıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Verxneuralsk şəhərində baş verib.Kazarma tipli yaşayış binasının dam örtüyü yanıb. Sakinlər özbaşına binanı tərk ediblər.
"Yanğın zamanı 2023 və 2024-cü il təvəllüdlü iki qız uşağı xəsarət alıb. Körpələr Maqnitoqorsk şəhərindəki xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.
Hazırda yanğınsöndürənlər açıq alovu söndürüb. Hadisənin səbəbini müəyyən etmək üçün hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğın sınaq laboratoriyası göndərilib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər