Bütün xəbərlər
İki məktəblinin üzərinə beton hasar aşıb
Tarix: 22-05-2025 12:32 | Bölmə: Digər

Balaşixada iki məktəblinin üzərinə beton hasar aşaraq xəsarət alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin prokurorluğu məlumat yayıb.
Hadisə dünən axşam saatlarında Koldunov küçəsindəki tikintidə baş verib.
"Aldıqları xəsarətlər nəticəsində 12 yaşlı uşaq tibb müəssisəsinə çatdırılıb və ona lazımi köməklik göstərilir. İkinci yeniyetmə isə tibbi yardım göstərildikdən sonra evə göndərilib", - idarədən bildirilib.
Hadisənin baş vermə şəraiti və səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb. Prokurorluq yetkinlik yaşına çatmayanların profilaktikası və baxımsızlığının qarşısının alınması sistemi orqanlarının fəaliyyətini də qiymətləndirəcək və müvafiq tədbirlər kompleksi həyata keçirəcəkdir.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər