Bütün xəbərlər
Yanğında 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Tarix: 18-05-2025 13:49 | Bölmə: Digər

Moskva vilayətində Molzino kəndində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Boqorodski şəhərinin Molzino kəndinin Sovetskaya küçəsindəki fərdi evdə yanğın baş verməsi barədə məlumat bazar günü, mayın 18-də saat 5:12-də idarəetmə pultuna daxil olub.
Yanğınsöndürənlər tərəfindən 205 kvadratmetr sahədə yanğın söndürülüb. Fövqəladə hadisə nəticəsində 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Hazırda hadisənin bütün şəraiti araşdırılır.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər