Bütün xəbərlər
Dağıstanda turist qayadan yıxılaraq ölüb
Tarix: 01-05-2025 22:52 | Bölmə: Digər

Dağıstanın Untsukulski rayonunda Nijni Novqoroddan olan 64 yaşlı turist ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Dağıstan” respublika dövlət yayım şirkətinin məlumatına görə, faciə ötən gecə baş verib. İrqanai kəndinin kənarında qadın 2,5 metr hündürlükdəki qayadan yıxılıb. O, aldığı xəsarətlərdən rayon xəstəxanasında dünyasını dəyişib.
İlkin məlumata görə, turist yıxılan zaman sərxoş olub.
Bir neçə gün əvvəl Yaroslavl vilayətindən olan 32 yaşlı turist Dağıstanın Sulak kanyonu boyunca istirahət gəmisində ekskursiya zamanı dünyasını dəyişib. Müəyyən edilib ki, qayığı idarə edən gənc sürət həddini pozub, nəticədə gəmi qayalıq sahilə çırpılaraq aşıb.
Bu faktla bağlı cinayət işi açılıb; məhkəmə gəmi kapitanı, 19 yaşlı respublika sakinini ev dustaqlığına məhkum edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər