Bütün xəbərlər
İki yaşlı qız altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb
Tarix: 01-05-2025 21:37 | Bölmə: Digər

Moskvada 2 yaşlı qız altıncı mərtəbənin pəncərəsindən yıxılaraq xəstəxanaya aparılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Paytaxt prokurorluğu hadisə barədə öz Telegram kanalında məlumat yayıb. Qeyd olunur ki, qəza 3-cü Pavlovski prospektində yerləşən yaşayış binasında baş verib. İlkin məlumata görə, 2023-cü il təvəllüdlü qız tora söykənib, daha sonra pəncərədən yıxılıb.
Körpə xəstəxanaya aparılıb. Moskva Prokurorluğu prosessual istintaqın gedişi və nəticələrini nəzarətə götürüb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər