Bütün xəbərlər
Bir kişi və bir qadın qəbiristanlıqdan qayıdarkən suda boğulublar
Tarix: 30-04-2025 09:46 | Bölmə: Digər

Omsk vilayətinin Tevriz rayonunda, Kayqarlı kəndi yaxınlığında 50 yaşlı qadın və 55 yaşlı kişi suda boğularaq ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional İstintaq Komitəsinin məlumatına görə, faciə onlar qayıqla qəbiristanlıqdan evə qayıdarkən baş verib.
"Güclü külək və dalğalar qayığı aşıb, insanlar çaya düşüb", - idarədən bildiriblər.
Suda baş vermiş qəza ilə bağlı müstəntiqlər tərəfindən istintaqa hazırlıq tədbirləri aparılır, onun nəticələrinə əsasən prosessual qərar qəbul ediləcək.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər