20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
İt 10 yaşlı uşağa hücum edib
Tarix: 26-04-2025 20:12 | Bölmə: Digər

Stavropolda it 10 yaşlı uşağa hücum edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uşaq çoxsaylı dişləmə yaraları ilə xəstəxanaya çatdırılıb.
Hadisə aprelin 26-da səhər saatlarında Sənaye məhəlləsində baş verib. Uşaq şəxsi evin ərazisindən qaçan pitbullun hücumuna məruz qalıb. Rusiya Federasiyasının bölgə üzrə İstintaq Komitəsinin məlumatına görə, yoldan keçən bir nəfər oğlanın köməyinə qaçıb. Kişi kürəklə iti qovub.
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.Faktla bağlı ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Rayon prokurorluğu öz araşdırmasını təşkil edib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər