Bütün xəbərlər
Sərnişini zorlamaqda təqsirləndirilən taksi sürücüsü xəstəxanasında ölüb
Tarix: 20-04-2025 10:45 | Bölmə: Digər

Moskvanın cənub-qərbində avtomobilində qadın sərnişini zorlamaqda təqsirləndirilən taksi sürücüsü xəstəxanada ölüb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, əvvəllər istintaq təcridxanasından xəstəxanaya yerləşdirilib.
Bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. 2024-cü ilin sentyabrında Moskvada taksi sürücüsü saxlanılıb və avtomobildə sərnişini zorlamaqda günahlandırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, təqsirləndirilən şəxs Moskvanın Znamenskie Sadki küçəsində dayanmış avtomobildə qadın sərnişini zorlayıb.Fövqəladə hadisə 2024-cü il sentyabrın 1-də baş verib. Şübhəli şəxs həbs olunduqdan sonra nəzarətə götürülüb.
Mənbənin bildirdiyinə görə, həbs edilən Xusanbay Tuyçiyev istintaq təcridxanasından Moskva xəstəxanalarından birinə aparılıb.
O, 2025-ci il martın 24-də səhər saatlarında dünyasını dəyişib.Hazırda hadisə ilə bağlı araşdırma aparılır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər