Çərşənbə axşamı, 22 aprel 2025, 23:04:07  
Son xəbərlər:
Bütün xəbərlər
9 yaşlı qızın anası rus musiqisi ilə qızının videosuna görə məhkum edilib
Tarix: 15-04-2025 21:10 | Bölmə: Digər

Ukraynanın Rivne vilayətində qadın 9 yaşlı qızının YouTube-da yerləşdirdiyi və qızın rus musiqisi sədaları altında rəqs etdiyi videoya görə inzibati məsuliyyətə cəlb edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.
Qadına qarşı valideynlik vəzifələrindən yayınma maddəsi ilə ittiham irəli sürülüb.Məhkəmə qərarı ilə anaya xəbərdarlıq edilib.
“Rovne vilayətində 9 yaşlı qızı YouTube-da rus musiqisi sədaları altında rəqs etdiyi videonu yerləşdirdiyinə görə ana inzibati məsuliyyətə cəlb edilib”, – nəşr yazır.
Məhkəmə zamanı qadın bildirib ki, o, qızından rus musiqisi olan videoları dərc etməməyi xahiş edib, lakin yaşına görə qız ona qulaq asmayıb.Qızın əmisinin Ukrayna Silahlı Qüvvələrində xidmət etdiyi bildirilir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin əsgəri Kiyevdə bir qrup şəxsə rusdilli musiqi dinlədiyi üçün dediyi sözə görə döyülüb.
Başqırd qrupunun “Ay Yola” mahnısı Ukraynada ən çox dinlənilən mahnılar arasında birinci yeri tutub. Eyni zamanda Ukrayna Təhsil Nazirliyi ölkədə rus musiqisinin qarşısını almaq niyyətində idi.



Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər