Bütün xəbərlər
İtlərin yeniyetmələrə hücumundan sonra iş açılıb
Tarix: 24-03-2025 12:54 | Bölmə: Digər

Krasnodar vilayətinin Ust-Labinsk rayonunda sahibsiz itlərin üç yeniyetməyə hücumu ilə bağlı cinayət işi açılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Regional İstintaq Komitəsi (İK) məlumat yayıb.
Hücum martın 22-də günorta saatlarında baş verib. 12, 13 və 18 yaşlı oğlanlar xəstəxanaya yerləşdirilib.Onların həyatı və sağlamlığı təhlükədə deyil.
"Bu fakt əsasında ehtiyatsızlıq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 293-cü maddəsi) ilə bağlı dərhal cinayət işi açılıb", - İstintaq Komitəsinin bəyanatında deyilir.
Hazırda zəruri istintaq hərəkətləri aparılır. Hadisənin bütün şəraiti müəyyənləşdirilir.



Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər