Bütün xəbərlər
İstinad divarı avtomobillərin üzərinə uçub
Tarix: 15-03-2025 09:24 | Bölmə: Digər

Vladivostokda avtomobillərin dayandığı istinad divarı uçub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üç avtomobilə ziyan dəyib.
Primorsk diyarı prokurorluğunun məlumatına görə, hadisə martın 15-nə keçən gecə Kirov küçəsindəki 13 saylı evin yaxınlığında baş verib.Divarın parçaları avtomobillərin kapotlarına düşüb.Heç kim xəsarət almayıb.
Şəhər rəhbərliyi divarın bələdiyyə mülkiyyəti olduğunu və onun yararsız vəziyyətdə olması ilə bağlı heç bir şikayət daxil olmadığını vurğulayıb.
"Yoxlamadan sonra onun bərpası üçün tədbirlər görüləcək", - administrasiya söz verib.
Faktla bağlı rayon prokurorluğu araşdırmalara başlayıb. Agentlik ictimai ərazilərin saxlanılması və şəhər infrastrukturunun strukturlarının təhlükəsizliyinin təmin edilməsi üçün görülən tədbirləri qiymətləndirəcək.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər