11:05 / 10-03-2025
Yanan anbarın damı uçub
18:26 / 09-03-2025
İnzibati bina yanır
Bütün xəbərlər
Yanan anbarın damı uçub
Tarix: 10-03-2025 11:05 | Bölmə: Digər

Samara vilayətinin Novokuibışevsk şəhərində bu gün səhər saatlarında Molodoqvardeyskaya küçəsindəki anbarda yanğın baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda yanğın 1600 kvadratmetr sahədə lokallaşdırılıb.
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatına görə, binanın damının 1000 kvadratmetr ərazi aşıb.
Fövqəladə hadisə yerində 87 əməkdaş və 27 texnika çalışır. Ölən və xəsarət alan yoxdur. Yanğının səbəbi barədə məlumat verilmir.
Samara vilayəti üzrə Rospotrebnadzor administrasiyası yerli sakinlərə yanğın baş verən ərazidə açıq havada olarkən respiratorlardan istifadə etməyi tövsiyə edib. Agentlik hazırda havadakı çirkləndiricilərin səviyyəsini araşdırır.
Bundan əvvəl Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bildirib ki, ötən gecə Novokuybışevsk səmasında Ukraynaya məxsus 3 pilotsuz təyyarə məhv edilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər