14:28 / 05-03-2025
Adəm Məmmədov həbs edildi
Bütün xəbərlər
MMA döyüşçüsü Aleksandr Emelianenko pərəstişkarlarına ayaqlarının iflic olduğunu deyib
Tarix: 05-03-2025 15:08 | Bölmə: Digər

Rusiyalı qarışıq döyüş ustası Aleksandr Emelianenko ilə bloqer Artem Tarasov arasında martın 29-da baş tutmalı olan cavab döyüşü ən azı 10 ay təxirə salınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı Emelianenkonun Telegram kanalında pərəstişkarlarına verdiyi məlumata görə, o, qarşıdan gələn əməliyyata görə hələlik sıradan çıxıb – “onurğa arası diskləri ayrılıb”.
"Oradan yırtıq çıxdı və onurğa beynini tamamilə əzdi. Ayaqlarım iflic oldu", - idmançı etiraf edib.
Həkim bildirib ki, əməliyyatdan sonra reabilitasiya 10 ay çəkəcək və bu müddət ərzində Emelianenko nə yarışa, nə də məşq edə bilməyəcək.
"Beləliklə, Tarasovla Belarusda döyüş ya ləğv edildi, ya da təxirə salındı. Səhhətimi yaxşılaşdıracağam", - titullu döyüşçü deyib.
Ötən ilin sonunda Aleksandr Emelianenko həyatında ilk dəfə rəsmi olaraq iş tapdığını açıqlamışdı.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər