Bütün xəbərlər
İki ev iti 9 yaşlı uşağın üzünü cırıb
Tarix: 26-02-2025 20:08 | Bölmə: Digər

Soçidə iki ev iti 9 yaşlı uşağa hücum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, uşağın vəziyyəti ağırdır.
Hadisə fevralın 26-da, çərşənbə günü səhər saatlarında Adler rayonunun Lesnoye kəndində baş verib.Krasnodar vilayəti prokurorluğunun məlumatına görə, heyvanlar qonşu ərazidə zəncirlərindən qopublar.Yoldan keçənlər oğlanın köməyinə gəlib, itləri qovub, təcili yardım çağırıblar.
Məktəblinin üzündə dərin kəsiklər var. O, əvvəlcə Soçidə xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini stabilləşdirə biliblər, sonra isə helikopterlə Krasnodara aparılıb. 112-nin məlumatına görə, uşağa xaski itləri hücum edib.
Faktla bağlı ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb. Hadisə yerində istintaq orqanlarının nümayəndələri işləyir. İşin gedişi Rusiya Federasiyasının regional İstintaq Komitəsinin mərkəzi aparatında nəzarətə götürülüb.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər