21:31 / 24-02-2025
Sevgilisini eyvandan atıb
Bütün xəbərlər
Ata və qızı buzdan yıxılıb, kişi ölüb
Tarix: 24-02-2025 22:40 | Bölmə: Digər

Kubanın Korenovski rayonunda Juravka çayı ilə gedərkən ata və qızı buzdan yıxılıblar.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qız xəstəxanaya yerləşdirilib, kişi ölüb.
İstintaqın məlumatına görə, faciə bir gün əvvəl, fevralın 23-də baş verib. Ailə qu quşlarını yemləmək üçün çaya gəlib. Buz çox nazik olduğu üçün insanların ağırlığını daşıya bilməyib. Nəticədə ata və qız özlərini soyuq suda tapıblar.
GTRK "Kuban"ın verdiyi məlumata görə, uşaq xilas edilib. Qız reanimasiyadadır. Həmin gün kişinin meyitini Juravskaya kəndinin sakinləri tapıblar.
Faciə ilə bağlı istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnodar diyarı üzrə Korenovski Rayonlararası İstintaq İdarəsi aparır. Müstəntiqlər faciənin dəqiq səbəblərini müəyyən etmək üçün şahidləri dindirir və hadisə yerini öyrənirlər.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər