Bütün xəbərlər
Sərxoş şəxs tramvayın şüşəsini sındırıb
Tarix: 16-02-2025 23:35 | Bölmə: Digər

Sankt-Peterburqda polis küçəyə çıxmaq üçün tramvayın pəncərəsini sındıran ixtilafçını saxlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisənin videosunu “78” telekanalı yayıb.
Hadisə fevralın 14-də axşam saatlarında baş verib.
Əvvəlcə həmin şəxs 21 saylı tramvayın sürücüsü ilə mübahisə edib və salonun şüşəsini sındırıb. Daha sonra əsəbiləşərək tutacaqlardan tutub pəncərəni təpikləməyə başlayıb. Sonra aradan çıxıb.
Şəhər polisinin verdiyi məlumata görə, hadisəni törədən şəxs ertəsi gün saxlanılıb. Onun 60 yaşlı işsiz kişi olduğu üzə çıxıb.
"Şübhəli şəxs polis bölməsinə aparılıb və ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci hissəsi ("Xuliqanlıq") ilə cinayət işi açılıb", - idarədən əlavə ediblər.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər