Bütün xəbərlər
Pələngə görə mühafizə altında işə gedəcəklər
Tarix: 05-02-2025 10:19 | Bölmə: Digər

Fevralın 4-ü axşam saatlarında Primoryedəki Xmılovski suqəbuledici məntəqəsinin əməkdaşı təcili xidmətə məlumat verib ki, yaxınlıqda Amur pələngi gəzir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yırtıcı heyvan müəssisənin müşahidə kameraları tərəfindən lentə alınıb.
Siqnal alan kimi müəssisəyə Fövqəladə Hallar Nazirliyinin, Rusiya Milli Qvardiyasının əməkdaşları və polis gəlib.Onlar xüsusi maşınların sirenalarının səs siqnalları, faraların və fənərlərin işığı ilə heyvanı qorxudublar.
"Fövqəladə hallar xidmətlərinin əməkdaşları müəssisədə səhər növbəsinin təhlükəsiz dəyişməsini təmin ediblər", - Naxodka şəhər administrasiyasından bildiriblər.
Sonra səhər saat 9 radələrində ov müfəttişləri gəldi. “RİA Novosti” xəbər verir ki, indi onlar ərazidə növbətçilik edəcək və suqəbuledici işçilərin təhlükəsizliyini təmin edəcəklər.
Bundan əlavə, şirkət işçilərinin növbə dəyişmə vaxtının gündüz saatlarında baş tutması və mühafizə ilə müşayiət olunması üçün dəyişdirilməsi barədə qərar qəbul edilib.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər