Bütün xəbərlər
Soçidə bir neçə ərazini su basıb
Tarix: 18-12-2024 09:38 | Bölmə: Digər

Soçidə bir neçə gündür davam edən leysan yağışları nəticəsində Xerota çayı məcrasından çıxıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən verilən məlumata görə, yaxınlıqdakı alçaq ərazilər su altında qalıb.
Xüsusilə, Petrozavodskaya və Daçnaya küçələrində bitişik ərazilərdə su dayanır. İdarədən verilən məlumata görə, su hələ də evlərə daxil olmayıb. Lakin çayda onun səviyyəsi yüksək olaraq qalır.
Bu arada FOBOS Hava Mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets özünün Telegram kanalında məlumat verib ki, pis hava şəraiti ilə əlaqədar şəhərdə ağaclar yıxılıb, həyətlər və dayanacaqlar su altında qalıb.
“Bəzi ərazilərdə su- Siriusda girişlərə daxil olub, nəhəng dalğalar bəndi basır” deyib.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər