Bütün xəbərlər
4 heyvanı 11-ci mərtəbədən atan barəsində cinayət işi açılıb
Tarix: 06-12-2024 17:08 | Bölmə: Digər

Hüquq-mühafizə orqanları ev heyvanlarını 11-ci mərtəbədən atan Tomsk sakini barəsində cinayət işi açıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Tomsk polisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yerli sakin saxlanılıb. Heyvanlara qarşı amansız davrandığına görə onu həbs gözləyir.
Xatırladaq ki, dekabrın 3-də Kirovski rayon polis şöbəsinə yerli sakin müraciət edib. O, heyvanların Boqdan Xmelnitski zolağında hündürmərtəbəli binadan atıldığını söylədi. Nəticədə üç pişik və bir it ölüb.
Polis hadisənin başvermə şəraitini öyrənə bilib. Əvvəllər məhkum olunmuş yerli sakin artıq günahını etiraf edib.



Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər