14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Ayı xizəkçini dişləyib
Tarix: 26-10-2024 14:13 | Bölmə: Digər

Kamçatka ərazisindəki Veselaya Qorka idman bazasında xizəkçi qaçarkən ayı hücumuna məruz qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Kam 24” xəbər agentliyinin məlumatına görə, 52 yaşlı kişinin yanında silah olub və bir güllə ilə o, heyvanı qorxutmaqla bazaya çata bilib. Lakin heyvan əlində dərin diş yaraları qoyaraq onun əlini ciddi şəkildə zədələyib.
Hazırda yerli Meşə Təsərrüfatı Nazirliyinin əməkdaşları, ovçular və polis ayını axtarır. Aşkar olunarsa, heyvan güllələnəcək.
Daha əvvəl Petropavlovsk-Kamçatskidə şəhər küçələrində gəzən ayını güllələyiblər.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər