12:47 / 21-10-2024
Fətullah Gülən öldü
Bütün xəbərlər
“Sibir”in kapitanı komanda yoldaşının çənəsini sındırıb
Tarix: 21-10-2024 21:07 | Bölmə: Digər

Novosibirsk “Sibir”inin futbolçusu komanda yoldaşı ilə münaqişə zamanı aldığı xəsarətlər səbəbindən polisə müraciət edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinə istinadən yazır. Polisin araşdırma apardığı və hadisənin bütün hallarını müəyyən etdiyi bildirilir.
Mətbuatın yazdığına görə, “Sibir”in kapitanı Sergey Narılkov paltardəyişmə otağında komanda yoldaşı Konstantin Popovun çənəsini sındırıb.
22 yaşlı Popov əməliyyat olunub və vəziyyəti ağırdır.
“Sibir” 14 oyundan sonra 11 xalla II Liqada A Divizionunda 9-cu yerdədir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər