Bütün xəbərlər
Dünyanın birinci raketkası Sinner rusiyalı Kalinskayaya evlənmək təklifi edib
Tarix: 05-10-2024 23:52 | Bölmə: Digər

İtaliyalı tennisçi Jannik Sinner rusiyalı idmançı Anna Kalinskayaya evlilik təklifi edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İtaliyanın milli idman qəzeti “Corriere dello Sport” məlumat yayıb.
Sinner Peşəkar Tennis Assosiasiyasının (ATP) şəxsi reytinqində birinci yerdədir. Cəmi 23 yaşında o, iki Böyük Dəbilqə də daxil olmaqla 16 çempionluq qazanıb.
Rusiyalı Anna Kalinskaya Qadın Tennis Assosiasiyasının reytinqində 14-cü yerdədir. 2024-cü ildə Avstraliya Açıq Böyük Dəbilqə turnirində o, 1/4 finala yüksəldi.
“Corriere dello Sport” qəzetinin məlumatına görə, Sinner avqustun 25-dən sentyabrın 7-dək Nyu-Yorkda keçirilən ABŞ Tennis Çempionatı zamanı təklif edib. İdmançılar hələlik vəziyyəti şərh etməyiblər, lakin əvvəllər münasibətdə olduqlarını rəsmən təsdiqləyiblər.


Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər