14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
“Nature”: dinozavrların ölümünə bir deyil, iki asteroidin düşməsi səbəb olub
Tarix: 04-10-2024 16:35 | Bölmə: Digər


Alimlər dinozavrların nəsli kəsilməsini Yerə bir deyil, iki böyük asteroidin düşməsi ilə əlaqələndirə bilərdilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Nature” elmi jurnalı Qərbi Afrikada, Qvineya sahillərində Nadir sualtı kraterini tədqiq edən Britaniya və Amerika alimlərinin tədqiqat məlumatlarını dərc edib.
Tədqiqatçılar asteroidin təsirindən yaranan kraterin Afrikada təqribən Təbaşir və Paleogen dövrlərinin sərhəddində, yəni Meksikadakı Çikxulub krateri ilə eyni dövrdə meydana gəldiyini öyrənə bildilər.
"Kraterin yaşı ilə Meksikadakı 200 kilometrlik Çikxulub kraterinə oxşarlıq, Təbaşir dövrünün sonunda yox olma hadisəsinin birdən çox təsirlə əlaqəli ola biləcəyini deməyə əsas verir" deyiblər.
İyun ayında elm adamları Yerə yaxın uçan potensial təhlükəli asteroid haqqında məlumat vermişdilər.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər