Bütün xəbərlər
Aqressiv sahibsiz itlər yalnız hakimiyyət orqanlarının icazəsi ilə evtanaziya edilə bilər
Tarix: 26-09-2024 10:34 | Bölmə: Digər

Buryatiya Xalq Xuralının deputatları sahibsiz heyvanlarla rəftar haqqında qanuna dəyişiklikləri yekdilliklə təsdiqləyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi aqressiv sahibsiz itləri yalnız regional hakimiyyət orqanlarından icazə aldıqdan sonra öldürmək mümkündür.
TASS xəbər verir ki, fövqəladə vəziyyət yarandıqda sahibsiz itlərin öldürülməsinə icazə verilir. Məsələn, sahibsiz heyvanlar insana hücum edib onun sağlamlığına zərər vurduqda və ya heyvanlar insanların sərbəst hərəkətinə mane olduqda.
Xüsusi xidmətlər əvvəlki kimi itlərin tutulması, peyvənd edilməsi, sterilizasiyası və markalanması ilə məşğul olacaq. Qeyri-aqressiv heyvanlar daha sonra sərbəst buraxılacaq və ya yeni sahiblərinə veriləcək.
Qəbul edilmiş qanunda qeyd olunur ki, müvəqqəti saxlama təcridxanalarında sahibsiz heyvanların öldürülməsi müstəsna tədbirdir və insanların sağlamlığına və həyatına birbaşa təhlükənin qarşısının alınmasına və ya heyvanın özünün əziyyət çəkməsinin qarşısının alınmasına yönəlib.


Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər