Bütün xəbərlər
Avstraliyalı Piastri Azərbaycan Qran Prisində "Formula 1" yarışının qalibi olub
Tarix: 15-09-2024 21:07 | Bölmə: Digər

McLaren komandası üçün sürən "Formula 1" pilotu Oskar Piastri Azərbaycan Qran Prisinin qalibi olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, dünya çempionatının 17-ci mərhələsidir.
İkinci yerdə Ferrari pilotu Çarlz Lekler, üçüncü yerdə isə Mercedes-dən Corc Rassel qərarlaşıb.
TASS agentliyi yazır ki, 18-ci mərhələ Sinqapurda baş tutacaq.
Xatırladaq ki, sentyabrın 12-də Azərbaycan Qran Prisinin təsnifat yarışı baş tutub. Sonra Lekler birinci, Piastri isə ikinci olub.


Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər